Alış-verişə gedərkən lazım olan proqramın Azərbaycan dilinə tərcümə etdiyim versiyası. Proqram alınacaq məhsulların siyahısını telefonda saxlayır və siz ordan istədiyinizi seçirsiz. Öz məhsullarımızı seçmək, adını dəyişmək və silmək mümkündür.
(*.jar) formatlı və az həcmli bu proqramla siz Nokia Series40 üçün (*.nth) formatında tema düzəldə, hazır temaları redaktə edə bilərsiniz. Proqramda temanın adını, ikonları, şəkilləri, siqnalları və s. vacib şeyləri təyin etmək mümkündür.
Yeniliklər: » Proqramın ikonu dəyişdirilərək mən tərəfdən yeni ikon əlavə edilib; » Azərbaycan dili əlavə edilib (qeyri-rəsmi).
(*.jar) formatında sevgi testi proqramının Azərbaycan dilinə tərcümə olunmuş versiyası. İlk öncə proqramda öz adınızı və sevdiyiniz insanın adını qeyd edirsiniz. Sonra isə gələn suallara cavab verirsiniz. Və proqram sizə sevginizin dərəcəsini faizlə göstərir.
(*.jar) formatında məşhur fayl menecer proqramının yeni versiyası
Xüsusiyyətləri: » (*.zip), (*.jar), (*.utz), (*.nth), (*.gz), (*.tar), (*.thm) arxivlərin yaradılması və ya arxivdən faylların çıxarılması; » Arxivi qorumaq üçün şifrə təyin edilməsi; » Sensor ekranlı telefonlarda hər hansı bir obyektin ikonuna toxunmaqla həmin obyekti seçmək imkanı; » Proqramın özünü şifrə ilə qorumaq imkanı; » Hissələrə bölünmüş (*.zip) arxivlərdən faylların çıxarılması; » Sıxılmış arxivlərdə faylların birbaşa açılması; » Qaynar düymələr təyin etmək imkanı; » Azərbaycan dili də daxil olmaq müxtəlif dil paketlərinin mövcud olması və s. Yeniliklər: » Kiçik səhvlər aradan qaldırılıb və interfeysdə dəyişikliklər edilib.
Gitara rifləri seçmək üçün olan proqramın Azərbaycan dilinə tərcümə olunmuş versiyası. Müvafiq rifləri seçmək üçün 1-6 düymələrindən və musiqinin çalınması üçün 7-9 riflərini istifadə edin.
(*.jar) formatında dpğma dilimizə tərcümə olunmuş, ekran ölçüsü 240x320 olan modellər üçün sadə və çoxfunksiyalı photoshop proqramı. Tərcümə Polat Alemdar™ adlı istifadəçimizə məxsusdur.
Xüsusiyyətləri: - Cut, Copy, Paste əmrlərini yerinə yetirmək imkanı; - Dairə, üçbucaq, dördbucaq və s. çəkmək imkanı; - Şəklin parlaqlığını dəyişmək imkanı; - Faylı 0-90 dərəcə bucaq altında çevirmək imkanı və s.
JAR formatında "Photoshop" proqramına bənzəyən super bir fotoredaktorun Azərbaycan versiyası. Proqramda həm şəkilləri çəkmək, həm də hazır şəkilləri redaktə etmək mümkündür. Bu güclü qrafik redaktor vasitəsilə siz, həm şəkillər çəkə, həm də şəkilləri açıb onları redaktə edə bilərsiniz.
(*.jar) formatında Azərbaycan dilinə təcümə etdiyim program vasitəsilə siz internet vasitəsilə radio stansiyalarını dinləyə, yaddaşda saxlaya və favoritlər sırasına əlavə edə bilərsiniz. Telefonun doğma radiosunda tuta bilmədiyiniz tezlikləri bu proqramla tuta biləcəksiniz.
(*.jar) formatında Azərbaycan dilinə tərcümə etdiyim bu proqramla siz ölüm tariximiz haqqında məlumat ala bilərsiniz. Sadəcə olaraq sizə verilən suallara cavab verməlisiniz.
[!] Program yalnız və yalnız zarafat xarakter daşıyır. Bizim öləcəyimiz vaxtı Allahdan başqa heç kim bilmir!
Autorun viruslarını tapan (*.jar) formatlı proqramın Azərbaycan dilinə tərcümə etdiyim versiyası. Autorun virusları telefonunuza düşərək, autorun.info və *.* adlı fayllar yaradır. Bu proqramla siz telefonunuzu həmin fayllardan azad edə bilərsiniz.
(*.jar) formatında Azərbaycan dilinə tərcümə etdiyim bu proqramla siz (*.txt) formatlı faylları aça, redaktə edə və s. əməliyyatları yerinə yetirə bilərsiniz.