MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün döyüş janrında maraqlı oyun. Müxtəlif akrobatik fəndlərdən istifadə etməklə düşmənlərinizi zərərsizləşdirməli olacaqsınız.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün qaçış janrında maraqlı oyun. Öz yolunuza çıxan zombiləri məhv etməklə bonuslar toplayıb mərhələləri adlamağa çalışacaqsınız.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün məşhur oyunun rəsmi yenilənmiş versiyası. Oyunun hekayəsi çoxumuza məlumdur. Yaşıl donuzlar toyuqlardan yumurtaları oğurlayıblar. Bu gözəl quşların yumurtalarını oğurlamağa cürət etmiş yaşıl donuzlara dərslərini vermək lazımdı. Bunun üçün isə unikal dağıdıcı gücdən istifadə etməlisiniz. Mərhələlərin hər birində düşməni dağıtmaq üçün siz məntiqinizdən, bacarığınızdan və qüvvənizdən istifadə etməli olacaqsınız.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün 3D qrafika, əla səs effektləri və xüsusi effektlər ilə İkinci Dünya müharibəsi zamanı cərəyan edən oyun. Oyunun mahiyyəti sadəcə hərəkət edən, hər bir sizə qarşı olan varlığı məhv etməkdir. Bunlar tank, əsgər, təyyarə, hava gəmiləri, qatar və əsas bazalardı. Nə qədər çox düşmənləri məhv etsəniz bir o qədər çox pul alacaqsınız. Hər mərhələdən sonra bütün məhv edilən düşmən sayına görə pul veriləcək. Siz isə həmin pullara daha güclü raket, bomba ala bilərsiniz.
Xüsusiyyətlər: » 8 Mərhələ; » 52 növ düşmən; » 2 unikal təyyarə; » Çoxlu silah növləri; » Orkestr musiqisi; » 3 çətinlik səviyyəsi; » Real vaxtın fizikası; » 8 nəhəng bosslar; » İdarə etmənin 4 növü; » 3D qrafika, real toqquşmalar, partlayışlar və s.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün əyləncəli oyun. Pinqvinə qarlı dağ yamacları ilə hərəkət edərək müxtəlif balıq növlərini ovlamağına köməklik göstərməlisiniz.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün maraqlı oyun. Burada siz rəqibinizin hansı daşı oynadığını taparaq, onun daşlarını bir-bir ələ keçirməlisiniz.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün "Peak Gold" adlı oyunun yeni versiyası. Bu oyunda siz mədənlərdə qızıl yığaraq çoxlu qənimət əldə etmək üçün mübarizə aparacaqsınız.
Maemo versiyalı smartfonlar üçün (*.deb) formatında maraqlı oyun. Ağırlıq qüvvəsinin qanunları pozulan dünyanda, əsirlikdə olmuş cəsur igid, bütün bu qanunlara meydan oxuyacaq. Bu dünyadan uzaq olmaq lazımdı - divarlarla qaçın, lazım olan yerlərə keçin, əsas budur ki sizi heç kəs tutmasın, bunun üçün diqqətli və sürətli olmaq lazımdı. Sirli dünyada sizi labirintlər, müxtəlif çətin yollar gözləyir. Bundan əlavə 3 müxtəlif dünya və bir-birindən maraqlı 30 mərhələ. Əla qrafika, səs effektləri və saatlar boyu davam edəcək geympley.
"Angry Birds" oyununa bənzər yeni bir oyun. Burda sizin məqsədiniz şəhəri yandırmaqdır. Bütün canlı həyatı məhv edin. Bunun üçün şəhəri yandırın, vulkanlardan istifadə edin. Oyunda əla fizika və cəlbedici qeympley var.
Maemo versiyalı smartfonlar üçün (*.install) formatında düşündürücü və maraqlı oyun. Sudoku oyununda siz boş yerlərə 0-9-ə qədər təkrar olunmayan elə rəqəm yazmalısınız ki qiymətlər bərabər olsun. Dörd çətinlik səviyyəsi oyunnan zövq almaq üçün oyunçulara imkan verir.