Salam, hörmətli istifadəçilərimiz! Çoxsaylı xahişləri nəzərə alaraq, istər köhnə, istərsə də yeni smartfonların mühahizə sisteminin sındırlması haqqında mərkəzləşdirilmiş mövzu açmaq qərarına gəldik.
Mövzuda Symbian OS 9.1-9.4 və S^3 (N8, C7) versiyalı smartfonların sındırılma metodlarının bütün mümkün hallarını sizlərə təqdim edəcəyik.Başlayaq!
Üsul 1: Carbide. Kompüter və köhnə yama'dan istifadə etməməklə[!] Bu üsul yeni smartfonlarda işləmir
1. Telefonun vaxtını
01.10.2008 tarixinə çəkirik.
2. Telefonunuzun OS versiyasına uyğun olaraq aşağıda verilmiş arxivlərdən birini yükləyin:
Arxivlər:Symbian OS 9.1 versiyalı smartfonlar üçün: (Nokia 3250, 5500, E50, E61, N93 smartfonlarında işləmir)
link 9.1.zip (158 | 114,74 Kb)
Nokia 5530 üçün:5500 link.zip (130 | 110,67 Kb)
Nokia 3250 və E61 üçün:3250 ve e61 ucun.zip (67 | 112,74 Kb)
Nokia E50 üçün:E50 link.zip (45 | 112,87 Kb)
Nokia N93 üçün: (İşləməsə E61 modeli üçün nəzərdə tutulmuş versiyanı yoxlayın)N93 link.zip (34 | 87,13 Kb)
Symbian OS 9.2-9.3 versiyalı smartfonlar üçün:9.2_9.3 link.zip (384 | 115,14 Kb)
Modo faylı:
133828_modo.zip (84 | 29,74 Kb)
Bu faylı
Nokia N93 modelində quraşdırılması vacibdir. Digər modellərdə isə, istəyinizdən asılı olaraq quraşdıra bilərsiniz
3. Daha sonra:
-
X-Plore fayl menecer proqramını yükəyin və telefona quraşdırın;
- Arxivdəki Hello Carbide proqramını şəxsi sertifikatınız ilə imzalayaraq telefonunuza quraşdırın. (Sertifikatı
buradan ala bilərsiniz;
- X-Plore proqramını işə salırıq, daha sonra '0' düyməsini basaraq 'Sazlamalar' bölməsinə daxil oluruq və aşağıda sadalanan ilk 4 seçimləri aktiv edirik:
a) Gizli faylları göstər
b) ROM diskləri göstər
c) RAM diskləri göstər
d) Sistem fayllar/qovluqlar
- Proqramı arxa fona keçiririk (Menyu düyməsinə basmaqla);
- HelloCarbide proqramını açaraq
Options > Menu1 ardıcıllığını yerinə yetiririk. Verilən sualların hamısını 'Yes' ilə cavablayırıq. Suallar bitdikdən sonra telefonun sistem daxili qovluqlarına tam giriş əldə etmiş olacaqsınız;
- Daha sonra arxa fona keçirdiyimiz X-Plore proqramına daxil oluruq;
- Arxivdən
CProfDriver sisx.ldd və
installserver.exe fayllarını
c:/sys/bin qovluğuna yerləşdiririk;
- Telefonu yenidən başladırıq (restart);
- Arxivdəki 'CapsOn' və 'CapsOff' proqramlarını telefona quraşdırırıq;
-
CapsOn - sistemdaxili qovluqlara tam girişin əldə olunması üçün;
-
CapsOff - sistemdaxili qovluqlara tam girişin söndürülməsi üçündür. [Hər iki fayl interfeysə malikdir]
Artıq smartfonunuza istənilən proqramı şəxsi sertifikatınız ilə imzalamadan birbaşa quraşdıra bilərsiniz!Üsul 2: QuickHackKit utilit'lərinin köməyi ilə[!] Bu üsul
N82, E66, E90 modellərinin yemi yamalarında işləmir
QuickHackKit arxivi:
_Quick_Hack_KitAI_.zip (291 | 347,17 Kb)
Bu üsul yeni yamalı smartfonlarda işləməsə də, köhnə smartfonların mühafizə sisteminin sındırılması üçün ən asan və sadə yoldur. (*.sis) faylı telefona quraşdırırıq, proqramı açıb bir neçə saniyə gözləyirik və telefonu yenidən başladırıq. Paketin quraşdırdıqları:
1. SecMan [BinpDa];
2. InstallServer (Faylların şəxsi sertifikat ilə imzalanmadan birbaşa telefona quraşdırılması üçündür);
3. Ldd sürücü ('CapsOff' və 'CapsOn' üçün)
Bu quraşdırılacaq fayllar bir-birindən asılı deyil. Quraşdırarkən, sizə hansı lazımdısa, onu seçin və quraşdırın.Daha sonra aşağıda telefonunuza uyğun
installserver.exe faylını
X-Plore fayl menecer proqramı vasitəsi ilə
C:/sys/bin/ qovluğuna yerləşdirin. Əgər
installserver.exe faylını telefonun versiyasına uyğun seçməmisinizsə, proqramların quraşdırılması zamanı 'File Corrupted'(rus: Fayl Povrejden) səhvi verəcək. Bu zaman
C:/sys/bin/ qovluğundakı həmin
installserver.exe faylını silin və uyğun versiyanı ora yerləşdirin
Hər şey bitdikdən sonra 'QuickHackKit'i silə bilərsinizÜsul 3: Kompüterdən istifadə etməməklə sındırılmayan yamalarda1. Arxivi yükləyirik.
hack map dr.zip (171 | 133,34 Kb)
1260_installserver_y.zip (146 | 36,42 Kb)
MapDrives v1.00 Unsigned.sis faylını şəxsi sertifikatla imzalayaraq
telefonun yaddaşına quraşdırırıq;
2. Hack qovluğunun telefonun OS versiyasına uyğun olanını seçib 'E:' diskinə yerləşdiririk;
3. MapDrives.txt faylını da 'E' diskinə köçürürük;
4. Telefonunuzun OS versiyasına uyğun olaraq
Caps On/Off fayllarını telefona quraşdırırıq,
CProfDriver_sisx.ldd faylını
E:/Hack/sys/bin/ qovluğuna yerləşdiririk;
5. MapDrives proqramını açırıq və
20-25 saniyə əməliyyatın başa çatmasını gözləyirik. Daha sonra 'Application Manager'dən proqramı pozuruq və yenə
50-60 saniyə gözləyirik;
6. Modo faylını telefona quraşdırırıq;
7. Caps On/Off faylını telefonun yaddaşına yerləşdəririk;
8. Installserver.exe faylını
E:/Hack/sys/bin qovluğundan götürürük və
C:/sys/bin/ qovluğuna köçürürük. Əgər telefonunuzda 'Y:' diski müvcuddursa, o zaman
Y:/sys/bin/ qovluğuna köçürməyiniz məsləhət görülür. Çünki telefon format olunduqdan sonra da bu diskdən heç nə silinməyəcək
9. CProfDriver sisx.ldd faylını
Y:/sys/bin/ qovluğuna yerləşdiririk (Əgər 'Y:' diski yoxdursa, 'C:' diskinə quraşdırırıq)
Üsul 4: HelloOX. Kompütersiz yeni 9.2-9.3-9.4 yamalardaHelloOX v2.03.2 - Universal, stabil işləyən versiya
Hellox_v2_03.zip (255 | 209,15 Kb)
HelloOX v2.04 - Ən son versiya
HelloOX2_v2_04.zip (267 | 227,91 Kb)
1. İlk öncə proqramı şəxsi sertifikatla imzalayırıq;
2. Proqramı telefonun yaddaşına quraşdırırıq;
3. HelloOX işə salırıq;
4. Bunları etdikdən sonra
RomPatcher'ə daxil oluruq
a) Symbian OS 9.2 versiyalı smartfonlar üçün yalnız
open4all patçını tətbiq edirik
b) Symbian OS 9.3-9.4 versiyalı smartfonlar üçün
instalserver və
open4all patçlarını tətbiq edirik
Kimdə
Applying prosesi donursa onda ləğv edib və bir dəqiqədən sonra yenidən başladırıq. Əgər bunun köməyi olmasa aşağıda yazılanları edirik:
1. Prosesi ləğv edirik
2. E:/HelloOX qovluğuna daxil oluruq və burada
updaterD.sisx və
ROMPatcher.sisx fayllarını quraşdırırıq
3. Rompatcherə daxil oluruq və (apply) patçı tətbiq edirik
4. Symbian OS 9.2 versiyalı smartfonlar üçün
installserver.exe faylını
:/sys/bin yoluna yerləşdiririk
5. Symbian OS 9.3-9.4 versiyalı smartfonlar üçün
instalserver patçını (5320, 5800, 6210, 6220, N78, N79, N85, N96; Samsung 8510, INNOV8)
E:/patches qovluquğuna yerləşdiririk
Symbian OS 9.3 versiyalı smartfonlarda
RomPatcher üçün
installserver.exe faylını buradan yüklə:
9.3_.zip (67 | 692 b)
Nokia 5800 v20 yamalar üçün yüklə:
Nokia 5800__20.zip (89 | 695 b)
v10.21.30 yamalar üçün yüklə:
versia _10_21_30.zip (52 | 1,19 Kb)
Üsul 5: J.A.F(Just Another Flasher) proqramı ilə modifikasiya sındırılmaYazılan bütün əməliyyatları dəqiq və düz yerinə yetiririk! Əks halda telefonunuz yararsız vəziyyətə düşəcək
Diqqət! Əməliyyatın yerinə yetirilməsi zamanı telefonla bağlı hər-hansı bir problem və ya nasazlıq yaranacağı halda, buna görə MobiliM Komandası məsuliyyət daşımır!JAF proqramın xüsusiyyətləri çoxdur, amma yalnız sındırılma ilə əlaqədar funksiyasını təqdim edəcəyik
Bu modelləri Mod fayl ilə yalnız J.A.F. Software proqramı ilə yamalamaq olur
JAF Suite proqramı10050406_JAF_v2_0.zip (163 | 24,72 Mb)
Modellərin siyahısı:Nokia 5228 / 5232 / 5233 RM-625 Sonuncu yama: 21.1.102
522852325233 RM-625 21.1.102 .zip (38 | 13,3 Mb)
Nokia 5230 RM-588 Sonuncu yama: 21.0.004
5230 RM-588 21.6.005.zip (48 | 13,37 Mb)
Nokia 5230 RM-588 Yama: 20.0.005
10062512_RM-588_SW_20_0_005_Nokia_5230.zip (31 | 16,54 Mb)
Nokia 5235 RM-588 Sonuncu yama: 21.6.005
5235 RM-588 21.6.005.zip (13 | 13,37 Mb)
Nokia 5250 RM-684 Sonuncu yama: 11.0.008
5250 RM-684 11.0.008.zip (5 | 19,67 Mb)
Nokia 5530 RM-504 Sonuncu yama: 32.0.007
5530 RM-504 32.0.007.zip (26 | 13,81 Mb)
Nokia 5530 RM-504 Yama: 30.0.009
RM-504_SW_30_0_009_Nokia_5530.zip (14 | 9,64 Mb)
Nokia 5800 RM-356 Sonuncu yama: 52.0.007
5800 RM-356 52.0.007.zip (102 | 13,77 Mb)
Nokia 5800 RM-356 Yama: 50.0.005
10050503_RM-356_SW_50_0_005_Nokia_5800.zip (67 | 9,16 Mb)
Nokia C6 RM-612 Sonuncu yama: 20.0.041
C6 RM-612 20.0.041.zip (31 | 12,65 Mb)
N86 RM-484 Sonuncu yama: 30.0.009
N86 RM-484 30.0.009.zip (14 | 5,02 Mb)
Nokia N97 Mini RM-555 Sonuncu yama: 12.0.110
N97mini RM-555 12.0.110.zip (17 | 11 Mb)
Nokia N97 RM-505 Sonuncu yama: 22.0.110
N97 RM-505 22.0.110.zip (41 | 10,92 Mb)
Nokia X6 RM-559 Sonuncu yama: 30.0.003
X6 RM-559 30.0.003.zip (45 | 13,82 Mb)
Nokia E51 Yama: 411.34.001 [Mod Fayl]
rm244_41034001_127.rar (28 | 3,64 Mb)
Nokia E51-2 Yama: 411.34.001
E51-2_SWRM-426_v411.34.001.rar (13 | 67,22 Mb)
Nokia E75 RM-412 Sonuncu yama: 211.11.01
E75 RM-412 211.11.01.zip (19 | 10 Mb)
Qeyd edək ki, smartfonların heç də hamısının
Dead Mode rejimində, yəni belə desək, Sönülü vəziyyətdə yamasını yeniləmək olmur.
Bunlar: Nokia N73, N82(habelə, yaddaş kartına malik olmayan N95 8GB, N81 8GB və buna bənzər modellər)
Telefonunuzun ən son yamasını Nokia şirkətinin rəsmi saytında öyrənə və Nokia Software Updater proqramı vasitəsi ilə telefonunuza quraşdıra bilərsinizQuraşdırılma:1. JAF üçün stabil sayılan Nokia Connectivity Cable Driver
v7.1.36 sürücüsünü quraşdırırıq.
nccd_v7.1.36.0.zip (136 | 4,29 Mb)
[
!] JAF proqramı ilə telefon arasında qoşulma xətası ilə üzləşməmək üçün kompüterdə quraşdırılmış Nokia Connectivity Cable Driver sürücüsünün digər versiyalarını silin.
2. JAF proqramını quraşdırırıq
3. Hazır Mod Yamanı yükləyirik
4. Daha sonra Mod Yamanı
C:/Document & Settings/Administrator/AllUsers/Product/RM-XXX və yaxud
C:/Program Files/Nokia/Phoenix/Product/RM-XXX bölməsinə köçürürük
Əməliyyatdan əvvəl:- Nokia PC Suite proqramını mütləq sönülü vəziyyətdə olmalıdır;
- Lazım olan bütün məlumatları 'Backup' edirik;
- Yaxşı olardı ki, Smartfonun əvvəlki sazlamalarını bərpa edəsiniz (*#7370#);
- Telefonun enerji qalığını tam doldururuq;
- Telefonu söndürərək
Yaddaş kartı və
Enerji blokunu çıxarırıq;
- Daha sonra yalnız
Enerji blokunu salaraq telefonu işə salırıq;
- Kömpüterdə artıq JAF proqramı və rəsusları yüklənmiş olmalıdır
Başladıq:1. Telefonu söndürürük;
2. Daha sonra sönülü vəziyyətdə PC-yə qoşuruq;
3. JAF proqramını işə salırıq;
4. Proqram daxil olduqda
CRT208, Normal mode opsiyalarının üzərindən aktiv işarəsini ləğv edirik və
Dead mode
Manual Flash
Use in opsiyalarını isə aktiv edirik;
5. "Use in" opsiyasının üzərinə klik etdikdə pəncərə açılacaq və orda bir çox resursları görəcəksiz. Orada öz modelimizin məhsulunu axtarırıq. Məsələn:
5800D-1 RM-356 seçib
Ok düyməsinə klik edirik;
6. Daha sonra rəngi və məhsul şifrəsini (Poduct code) seçirik (Proqramda PPM üzərinə 2 dəfə klik edirik və bir dəfə telefonun
Power düyməsini 1 dəfə basıb-buraxırıq(basıb saxlamamaq şərtilə). PC-də bildiriş səsi gəlməlidir;
7. Açılan pəncərədə öz telefon modelimizin məhsulunu seçirik. Məsələn:
RM-356_50.0.005_xxx_prd.rofs2.V05;
8. Daha sonra dili və rəngi seçirik;
9.
Flash düyməsinə klik edirik və daha sonra yenə də telefonun
Power düyməsini 1 dəfə basıb-buraxırıq. PC-də bildiriş səsi gəlməlidir;
10. Daha sonra açılan pəncərədə
Yes və
Ok düymələrinə klik edirik;
11. Prosesin sona çatmasını gözləyirik....
Tam yüklənmə sona qədər getdikdən sonra aşağı hissədə
DONE yazısını görəcəksiz. Telefonda isə ağ ekran açılacaq və göy rəngdə söz yazılacaq
Əgər bütün proses uğurla başa çatdısa, ƏLA! Telefonu USB-dən çıxarıb və yenidən başladırıq.
Əgər proses zamanı hər hansı bir səhv ucbatından sonuncu əməliyyatlar getmədisə, əməliyyatı bir daha yenidən yerinə yetirin.
Üsul 6: Phoenix Service Software proqramı ilə bəzi modellərin sındırılmasıPhoenix proqramını yüklə:
Phoenix v38.005.44210Nokia 6710 RM-491 Yama:031.022 [Mod Fayl]
6710 RM-491 031.022.zip (13 | 117,68 Kb)
Nokia 6720 RM-424 Yama: 031.022 [Mod Fayl]
6720 RM-424 031.022.zip (11 | 233,12 Kb)
C5 RM-645 Yama: 061.005 [Mod Fayl]
C5 RM-645 061.005.zip (27 | 776,84 Kb)
Nokia C7 RM-675 Yama: 012.003
C7 RM-675 012.003.zip (38 | 40,84 Mb)
Nokia E5 RM-632 Yama: 042.007
E5 RM-632 042.007.zip (17 | 10,62 Mb)
Nokia E52 RM-469 Yama: 052.003
E52 RM-469 052.003.zip (15 | 1,44 Mb)
Nokia E72 RM-530 Yama: 052.005
E72 RM-530 052.005.zip (63 | 4,67 Mb)
Nokia N8 RM-596 Yama: 011.012
N8 RM-596 011.012.zip (88 | 26,17 Mb)
Telefonunuzun ən son yama'sını Nokia şirkətinin rəsmi saytında öyrənə və Nokia Software Updater proqramı vasitəsi ilə telefonunuza quraşdıra bilərsinizDaha sonra:1. Yüklədiyimiz mod faylı sizə rahat olan kataloqa köçürdürük;
2. Phoenix proqramını quraşdırırıq;
3. Daha sonra telefonu PC Suite rejimini seçməklə USB ilə PC-yə qoşuruq;
4. Proqramı açırıq. Orada
Connections bölməsini görürük və
USB# - RM-### əmrini aktiv edirik;
5. Sonra
File -> Scan Products ardıcıllığını yerinə yetiririk və bir neçə saniyə gözləyirik. Daha sonra proqramın pəncərəsinin sonunda telefon haqqında məlumat əks olunduğunu görəcəksiniz;
6. Flashing -> Firmware Update ardıcıllığını yerinə yetiririk.
Firmware Update adlı pəncərə açılır;
7. Bu pəncərədə siz yüklənmiş vəziyyətdə olan Yamanın kodunu seçirsiniz və daha sonra
Options əmrinə klik edirik;
8. Açılan pəncərədə Yama'nın fayllarını görəcəyik.
*.uda.fpsx faylını siyahıdan seçirik və aşağıda
Edit düyməsinə klik edirik. Növbəti pəncərə açıldıqda
[...] düyməsinə klik edirik və mofikasiyalı
*.uda.fpsx faylını əlavə edirik;
9. 'Ok' düyməsinə klik edirik. Əgər
Flash File Edit və
Firmware Update Options pəncərəsində səhvlik olsa,
File not found adlı səhv göstəriləcək. Bunun üçün
Firmware Update Options pəncərəsində tapılmayan faylı yenidən həmin qovluqdan seçib və
Delete əmrini yerinə yetiririk;
10. Sonuncu mərhələ.
Refurbish düyməsinə klik edib prossesin sona çatmasını gözləyirik. Əgər
Product Flashing Succeeded yazısı əks olunsa, deməli hər şey uğurla başa çatıb.
Üsul 7: Avtomatik sındırılma qaydası. Just HackIt!Yükləmək üçün
buraArxivdə olan fayllar:CertUpdater.sisx
CertHack_Installer.sis
Başladıq:» İlk öncə bizə sizin şəxsi sertifikatınız lazım olacaq ( Sifariş vermək üçün
bura )
»
CertHack_Installer.sis proqramını imzalayın. Həm telefonda və ya PC-da edə bilərsiz. Mən Pot Sign Tools proqramı ilə etdim Pc-da. Yükləmək və məlumat almaq üçün
bura» Daha sonra imzaladıqdan sonra hər iki faylı ( CertUpdater.sisx və CertHack_Installer.sis ) telefona atırıq və bu ardıcıllıqda quraşdırırıq.
» Sonra
Hackİt ikonunu görəcəksiz - ona klik edin. Və Helloxda olduğu kimi prosses gedəcək - təxminən 10 saniyə (C7-də yoxlanılıb, digər smartfonlarda ola bilsin başqa cür olsun.).
Successful hacked yazısı gəldisə deməli artıq telefon sındırıldı.
Qeyd etmək lazımdır ki, proqram özü əlavələri quraşdırır, məsələn S^3 üçün FileBrowser meneceri avtomatik olaraq quraşdırılır - bu isə sistem qovluqlarına girişi təmin edir. Digər bütün platformalara avtomatik RomPatcher+ v2.6 quraşdırılır. Sonda isə Hackİt proqramı silə bilərsiz, o artıq sizə lazım olmayacaq. Uğurlar!
Sındırılma uğurla başa çatsa, saytımızda olan istədiyiniz proqramı maneəsiz telefonunuza quraşdıra biləcəksiniz :)
Mövzunu tərtib etdi: UniveR & Ginobili