1994-cü ildə Ericsson şirkəti cib telefonları ilə aksesuarları arasında ünsiyyət qura biləcək ucuz və elektrik sərfi aşağı olan bir telsiz texnologiyası fikirini araşdırmaya başladı. Məqsəd rahatlıqsız, bir-birinə uyğunlaşmasız və tez-tez qəzalanan kabelli əlaqələrin yerini alan telsiz bir texnologiya inkişaf etdirmək idi.
Araşdırmanın müsbət nəticələri ardından 1998-ci ildə beş şirkət (Ericsson, Nokia, IBM, Toshiba və İntel) "Special Interest Group" (SIG)ı qurdu.
İndiyə qədər SIGə 3com, Lucent, Microsoft, Motorola, B&O, Volvo və Sony kimi 1900-dən artıq şirkət qatıldı.
Bluetooth adı 10-cu əsrdə yaşamış Viking kralı Harald Blatand'dan ilhamlanaraq yaradılmış. Blatand Danimarka tərəfindəndə "Mavi Diş" yəni Bluetooth mənasını verir. Bluetooth texnologiyasının inkişaf etdirilməsində Skandinaviya şirkətlərinin böyük əməyi keçdiyi üçün, vaxti ilə Danimarkanı və Norveçi birləşdirib Xristianlaşdıran və Danimarka mədəniyyətinə yeni bir standart gətirən Blatand'ın adı istifadə edilmiş
Bluetooth cihazları 2, 4GHz ISM (Industrial Scientific Medical Bant) işləyir. Bu tezlik kanalı, Fransa xaric, bütün dünyada hər kəs tərəfindən patentsiz istifadə edilə bilər. Başqa tətbiqlərdə bunu istifadə edə bildiyi üçün qarşılıqlı üst-üstə düşmələr ola bilər. Xüsusilə WLAN (kabelsiz şəbəkə) Bluetoothdan pis istiqamətdə təsirlənə bilər. Amma Bluetooth WLANdən təsirlənməməkdədir.
Ən çox səkkizə qədər cihaz eyni anda bir-biriylə qarşılıqlı ünsiyyət qura bilir. İstifadə edilə biləcək xidmətlərdən bir neçəsi: audio-Gateway (PC), Network əlaqələri, Faks, qulaqlıq, sinxronizasiya və dizüstü kompüter, ovuc içi kompüter və cib telefonu arasında məlumat mübadiləs(n)i, vs... İmkanlar çox geniş və getdikcə genişlədilir.
İki Bluetooth cihazının bir-biriylə ünsiyyət qurmadan əvvəl qarşılıqlı təyin olunmaları lazımdır. Bunun üçün cihazlar bir "təyin etmə rejimi"ndə bir-birini tapmalı və bir "təyin etmə kodu" ilə bağlanmalılar. Beləcə ətrafdakı digər cihazlarla istənməyən əlaqələr də maneə törədilmiş olar. Cihazlar bir-birinə bağlandıqdan sonra kabelsiz məlumat ünsiyyətinin kefini çıxarda bilərsiniz
Bütün mesajlan məlumatlar ən çox 128Bitlik kodlaşdırmaqla şifrələnə bilər. Təyin etmə üçün yenə 128Bitlik şifrələmə istifadə edilir. Hər Bluetooth cihazının özünə aid 48Bitlik təyin etməsi var. Beləcə dünya səviyyəsində 281 trilyon cihaz bir-birindən ayırt edilə bilər.
Bluetoothun 10 metrlik nəşr məsafəsi çöldən birinin məlumat mesajımına girməsi üçün cihaza çox yaxınlaşmasını tələb edir. Bu səbəblə Bluetooth çox etibarlı sayıla bilər
USB (Universal Serial Bus)- ingiliscədə, universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb.
USB şini kontrollerinə konsentratorlar zənciri vasitəsilə 127-yədək (ulduz topologiyasından istifadə etməklə) qurğu qoşula bilər. USB kabeli 4 məftildən ibarətdir. Bunlardan bir cütü informasiyanı hər iki tərəfə ötürməyə, digər cütü isə gərginliyi 5V olan elektrik cərəyanı xətti kimi istfadə olunur. Bu xətt sayəsində USB portuna qoşulan periferiya qurğusu kənar cərəyan mənbəyinə ehtiyac duymadan qidalana bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu zaman cərəyan şiddətinin qiyməti 0,5A-i aşmamalıdır. Periferiya qurğuları USB interfeysinə fiziki qoşulmaq üçün əsasən A və B tip konnektorlardan istifadə edirlər.
USB interfeysinin daha geniş yayılan versiyalarında (USB 1.1 və USB 2.0) maksimal (uyğun olaraq tam və yüksək sürət rejimlərində) ötürmə sürəti aşağıdakı kimidir: USB 1.1- 12 Mb/s; USB 2.0 (Hi-Speed USB)- 480 Mb/s. Qeyd edildiyi kimi, hər iki standart bir neçə ötürmə sürəti rejimində işləyə bilir- yüksək, tam və aşağı ötürmə sürəti rejimləri. USB 1.1 interfeysi yüksək sürət rejiminə malik deyil. O, aşağı sürət rejimində 1,5 Mb/s ötürmə sürətinə malikdir.
USB 2.0 özünün sələfindən yüksək sürət rejimi ilə fərqlənir. Onun aşağı, orta və yüksək sürət rejimlərində ötürmə sürəti uyğun olaraq: 10-150 Kb/s (Low Speed), 0,5-12 kb/s (Full Speed) və 25-480 kb/s-dir. USB 2.0, aşağı sürətində interaktiv qurğular (klaviatura, maus və b.), tam sürətində audio/video, yüksək sürət (Hi-speed) rejimində isə video və yaddaş qurğuları ilə işləmək üçün istifadə olunur. Ümumiyyətlə USB 2.0, USB 1.1-dən yüksək sürət rejimi (Hi-speed) və bu rejimdə məlumatın ötürülmə protokolunda cüzi dəyişiklikləri ilə fərqlənir.
USB interfeysi maksimal uzunluğu 5 m olan kabeldən və bir neçə cür konnektordan istifadə etməyə imkan verir
Mənbə: Vikipediya