Əziz və dəyərli MoBiLiM.Az istifadəçiləri! Biz MobiliM TeaM kollektivi olaraq sizlərə layiqli xidmət göstərmək və istifadəçi məmnuniyyətini maksimum dərəcədə təmin etmək məqsədilə mobil dünyada baş verən yenilikləri sizlərin diqqətinə çatdırırıq. Belə son dərəcə zəruri yeniliklərdən biri də keçən yanvar ayında ABŞ xaker qrupu tərəfindən 2011-ci ilin oktyabr ayının 12-i "Apple" şirkəti tərəfindən rəsmi olaraq təqdim edilən İOS 5 əməliyyat sisteminin mühafizə sisteminin sındırılması - Jailbreak olunması ilə bağlıdır. Saytımızda iPhone istifadəçilərinin də kifayət qədər olduğunu nəzərə alıb bu sındırma üsulu ilə sizləri tanış etmək qərarına gəldik. Forumda açılan mövzuda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.
Əziz MoBiLiM.Az istifadəçiləri! Həmişə yeniliyi ilə seçilən saytımız bu dəfə də yeni bir addım atdı. Artıq bu gündən etibarən bizim saytda MeeGo sistemi üçün müxtəlif kontentlərin yerləşdirilməsinə start veriləcək! Baxmayaraq ki, "Nokia" şirkəti MeeGo sistemini genişləndirməyəciyini bildirib. Amma bütün dünyada bu maraqlı sistem həvəskarları az da olsa var və getdikcə yüksək tempdə olmasa da artır. Doğma vətənimiz Azərbaycanda da bu sistemdə çalışan smartfonların istifadəçiləri gündən-günə artır. Bizə ünvanlanan yüzlərlə sual və xahiş bunun bariz nümunəsidir. Bu gündən etibaərən saytımızda MeeGo sistemi üçün müxtəlif kontentlər yerləşdiriləcək və forumda bu sistem ilə bağlı aktual mövzular yaradılacaq. MeeGo ilə bağlı sual, problem və ya istəklərinizi forumda Maemo/MeeGo bölməsində bizə ünvanlaya bilərsiniz! Hamınıza uğurlar arzulayırıq!
Keçən ilin son ayında Finlandiyanın "Nokia" şirkəti rəsmi olaraq bildirmişdi ki, 2012-ci ilin fevral ayında Symbian smartfonları işlədənlər üçün Belle sistemini quraşdırmaq olacaq. Bu ilin yanvar ayının sonlarında isə Vyetnamın rəsmi Nokia saytı bildirmişdi ki, Belle rəsmi olaraq fevralda quraşdırılma üçün istifadəçilərin xidmətində olacaq. Rəsmi məlumatlar düz çıxdı. Artıq bu gündən etibarən Nokia N8, Nokia E7, Nokia E6, Nokia X7, Nokia C6-01, Nokia C7 və Nokia Oro modellərini istifadə edən istifadəçilər çox asanlıqla, "Nokia Suite" proqramı ilə telefonlarına yeni Belle sistemini yaza bilərlər. Belle sistemi əvvəlki Symbian sistemlərindən fərqli olaraq sürətli brauzer, yaxşılaşdırılmış vidjetlər və interfeys, yeni şriftlər, 6 işçi masası, bütün kontentlərin eyni siyahıda nümayişi, NFC texnologiyasının dəstəklənməsi, çətin resurslarda operativ yaddaşın boşaldılması nəticəsində sürətli iş, saniyədə 30 kadr ilə HD çəkilş, ekran kiliddə olarkən daha çox məlumatların nümayiş olunması və digər xüsusiyyətlər ilə təmin edilmişdir. Bir sözlə, bu sistem Symbian platformasının zirvəsidir. Artıq asanlıqla telefonunuzu bu sistemlə işlədə bilərsiniz. Xəbərin ardında quraşdırılma videosu yerləşdirilib.
[!] Əgər Nokia Suite proqramı ilə Belle sistemini yazarkən lazım olan sistem yenilənməsi nümayiş olunmasa, onda kompyuterin vaxtını 2012-ci ilin mart ayına kimi qabağa çəkin. Bundan sonra yenilənmə nümayiş olunacaq. Sonda vaxtı geri yəni həqiqi göstəriciyə çəkməyi unutmayın!
Əziz MoBiLiM.Az istifadəçiləri! Bildiyiniz kimi son vaxtlar sertifikat ilə bağlı bütün dünyada problem yaranıb. Belə ki, Çin saytları artıq sertifikat sifarişlərini qəbul etmir. Elə buna görə də bu günlər ərzində minlərlə istifadəçi bizə bununla bağlı yardım etməyi xahiş edir. Biz bunu nəzərə alaraq sizin üçün yeni sındırılma üsulunu tətbiq etmək qərarına gəldik. Sizin suallarınız və problemləriniz ilə müntəzəm şəkildə maraqlanmaq üçün sözügedən üsulu forumda yerləşdirdik. Burada olan mövzuya daxil olub yeni üsuldan istifadə edə bilərsiniz. Sualınız və problemlərinizi də orada qeyd edə bilərsiniz.
Bildiyiniz kimi telefonu format etdikdən sonra sizin məlumatlar, fayllar hamısı telefondan silinir. Ancaq S^3 smartfonlarında bundan əlavə olaraq bəzi vacib faylların bərpası mümkün olmur. Daha dəqiq isə Qt kitabxanasından əlavə olaraq Ovi Store, Ovi Maps kimi lazımlı tətbiqlər silinir və onu adi qaydada quraşdırmaq mümkün olmur. Əlbəttə, bunun üçün müxtəlif üsullar var, ancaq hamısı olduqca yorucu və uzun prosseslərdi. Bunlar haqqda danışmayacam, amma bu dəfə yeni çıxan proqram ilə Ovi Store-ni bərpa etmək çox asan olacaq. Xəbərin arında yazılanları etməklə onu qaytara biləcəksiz.
Axırki bir çox Symbian istifadəçilərin çətinliklərinə son qoyulacaq. Bu günlərdə yeni sındırılma üsulu çıxdı. İstənilən smartfonu 5 dəyqəyə sındırın. Əlbəttə birinci özüm bu qədər asan olduğuna inanmadım, daha sonra bu üsulu C7 və C6-01 smartfonlarında yoxladım, ikisindədə uğurlu alındı. Həmçinin digər Symbian OS 9.3-9.4, ^3 smartfonların sındırılması mümkündü.
Arxivdə olan fayllar: CertUpdater.sisx CertHack_Installer.sis
Başladıq: » İlk öncə bizə sizin şəxsi sertifikatınız lazım olacaq ( Sifariş vermək üçün bura ) » CertHack_Installer.sis proqramını imzalayın. Həm telefonda və ya PC-da edə bilərsiz. Mən Pot Sign Tools proqramı ilə etdim Pc-da. Yükləmək və məlumat almaq üçün bura » Daha sonra imzaladıqdan sonra hər iki faylı ( CertUpdater.sisx və CertHack_Installer.sis ) telefona atırıq və bu ardıcıllıqda quraşdırırıq. » Sonra Hackİt ikonunu görəcəksiz - ona klik edin. Və Helloxda olduğu kimi prosses gedəcək - təxminən 10 saniyə (C7-də yoxlanılıb, digər smartfonlarda ola bilsin başqa cür olsun.). Successful hacked yazısı gəldisə deməli artıq telefon sındırıldı.
Qeyd etmək lazımdır ki, proqram özü əlavələri quraşdırır, məsələn S^3 üçün FileBrowser meneceri avtomatik olaraq quraşdırılır - bu isə sistem qovluqlarına girişi təmin edir. Digər bütün platformalara avtomatik RomPatcher+ v2.6 quraşdırılır. Sonda isə Hackİt proqramı silə bilərsiz, o artıq sizə lazım olmayacaq. Uğurlar!
Əziz istifadəçilərimiz! Symbian ^3 platformasında çalışan Nokia N8 üçün yeni yama çıxdı və bununla da siz istənilən proqramları telefona sertifikatsız quraşdıra biləcəksiz. Qeyd edim ki, hal-hazırda S^3 platformalı smartfonlarda RomPatcher proqramından istifadə etmək mümkün deyil, amma bu üzrə işlər görülür. Bu üsulda isə siz yamanı yeniləməklə Nokia N8 modelində bəzi yeniliklər olacaq və smartfon sındırılmış sayılacaq
Yeni yamanın orijinal yamadan fərqi: » Yeni yama sizə istənilən imzalanmamış proqramları quraşdırmağa imkan verəcək; » Fayl sisteminə tam giriş üçün 'File Browser' yerləşdirilib; » Rus QWERTY klaviaturaya ingilis dili əlavə olunub və 1* düyməsini sıxmaqla işləyir; » Block interfeysi dəyişdirilib; » Açılan ərizələrə baxmaq üçün bənd silinib; » Şəbəkəyə avtonom rejimində qoşulmaq üçün yaranan sorğu silinib; » Bluetooth aktiv etdildikdə yaranan sorğunun silinməsi (Əgər telefon offline rejimindədirsə); » Bluetooth - əlaqə offline rejimi ərzində kəsilmir; » Yükləmə qurğusunu aktiv/deaktiv etdikdə yaranan pəncərələrin silinməsi; » FM- ötürücünü aktiv/deaktiv etdikdə yaranan pəncərələr olmayacaq; » Bufer mətnini köçürtdükdə yaranan pəncərələrin siliməsi.
Xəbərin ardında yamanın sındırılması ilə tam yaxından tanış ola bilərsiniz --->>
Əgər smartfonunuzun kamerasını daha keyfiyyətlə çəkməsini istəyirsizsə və yaxud bəzən elə olur ki, smartfonu bir müddət işlətdikdən sonra smartfonun kamerası zəyifləyir, əgər belədirsə sizə tədqim edəcəyim üsulla bunu həll edə biləcəksiz
Bu üsülun aşağda göstərilmiş modellərdə çalışması tam zəmanət verilir
Bu üsulda kameranın yaxşı çəkməsinin səbəbi kopresiya təsvirini azatmaq ilə keyfiyyətli şəkil çəkməyə nail olunur. Bu üsul Yalnız sındırılmış telefonlar üçün nəzərdə tutulub.
Xəbərin ardında üsul ilə tanış ola bilərsiniz -->>
Əziz istifadəçilər! Çox gümanki bəziləriniz sevimli telefonunuzu təsadüfən suya və ya hər hansı bir mayeyə salmısınız. İlk günlərdə telefon daxildən və xaricdən mükəmməl qaldığı kimi görünsə də, bir neçə gün sonra problemlər yaranmağa başlayır. Ekranın tez-tez yanıb sönməsi, klavişlərdə baş verən problemlər, kamera'da ağ görüntülər, mikrafon'un zəif və ya sonradanheç işləməməsi bura daxildir. Əlbəttə, bunun üçün Servis Mərkəz'inə yollanmalı və minimum 20 gün telefonsuz qalmalı olacaqsınız, halbuki əlaqə üçün telefon sizə təcili lazımdır.
Telefonun bu cür 'çimməsindən' sonra bu cür problemlərin baş verməməsi üçün lazımi tədbirləri xəbərin ardında oxuyun --->>>
Symbian OS9.3-9.4 versiyalı smartfonlarda quraşdırğımız temaların effektləri lazımi olmasa da, menyudakı ikonları animasiya və gözəl edir. Bu isə insana ilk baxışdan xoş təsir bağışlayır. Burada Symbian OS9.3-9.4 versiyalı smartfonlarda bu standart effektləri dəyişmək üsulunu sizə təqdim edəcəyik --->
Əziz istifadəçilər. Bir müddət əvvəl saytda sındırılma ilə bağlı problemlərin həllinə dair xəbər yayımlanmdı. Siz həmin xəbərdə mühafizə sistemini sınıdra bilmədiyiniz telefon modellərini qeyd etdiniz. Xəbərin ardında həmin telefon modellərinin sındırılma sullarını öyrənə bilərsiniz.
Əgər sizin telefonunuz Nokia Series40 platformasında çalışırsa və siz Yaddaş kartına (MicroSD) qoyduğunuz şifrəni unutmusunuzsa, buna görə narahat olmayın. Artıq bu şifrəni asan üsulla bərpa edə bilərsiniz --->
Əziz istifadəçilərimiz! Sizə Symbian OS6-7-8.1-9.x versiyalı smartfonların işləmə sürətini artıqmaq üçün bir neçə metod təqdim edirik. Beləliklə siz öz telefonunuzun işləmə sürətini artıra bilərsiniz.
Metodlar: 1. Kosmetik üsul: Smartfona işləmə prosesində az müdaxilə etmək 2. Smartfonda quraşdırılmış standart və əlavə proqramların işləmə sürətinin intensivləşdirilməsi 3. Telefon proseslərinə radikal müdaxilə 4. Symbian OS9.2-9.3 versiyalı smartfonlar üçün prosesləri sürətləndirəcək proqram
Xəbərin ardında bu üsullar ilə ətraflı tanış ola bilərsiniz --->