Symbian^3 versiyalı smarfonlar üçün (*.sis) formatında əyləncəli oyunun yeni versiyası. Bu yarış oyunu çoxlarına tanış olan "Turbo Grannies" oyununa bənzəyir. Oyunda üç müxtəlif yer var, hansı ki, hər birisi 7-8 mərhələ özündə cəmləşdirir. Oyunda məqsəd isə təyin olunmuş yerə çatmaqdır. Amma yollar elə qurulub ki bunu etmək asan olmayacaq sizin üçün.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün döyüş janrında maraqlı oyun. Müxtəlif akrobatik fəndlərdən istifadə etməklə düşmənlərinizi zərərsizləşdirməli olacaqsınız.
(*.apk) formatında Android platformalı modellər üçün məşhur cizgi film personajının oyunu. Yadplanetlilərə qarşı mübarizədə müxtəlif ərzaq növlərindən istifadə etməli olacaqsınız.
Dəstəkləyən modellər: Android 2.1 və yuxarı versiya
Android plartformalı smartfonlar üçün şəkillərə yüksək keyfiyyətli panoramik, mənzərəli görüntüdə baxmağınıza imkan verən proqram. Həmçinin proqram kameranın imkanlarını genişləndirərək şəkillərin hərtərəfli şəkildə əks olunmasını təmin edir.
Dəstəkləyən modellər: Android 2.1 və yuxarı versiya
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün qaçış janrında maraqlı oyun. Öz yolunuza çıxan zombiləri məhv etməklə bonuslar toplayıb mərhələləri adlamağa çalışacaqsınız.
MeeGo 1.2 sistemində çalışan smartfonlar üçün məşhur oyunun rəsmi yenilənmiş versiyası. Oyunun hekayəsi çoxumuza məlumdur. Yaşıl donuzlar toyuqlardan yumurtaları oğurlayıblar. Bu gözəl quşların yumurtalarını oğurlamağa cürət etmiş yaşıl donuzlara dərslərini vermək lazımdı. Bunun üçün isə unikal dağıdıcı gücdən istifadə etməlisiniz. Mərhələlərin hər birində düşməni dağıtmaq üçün siz məntiqinizdən, bacarığınızdan və qüvvənizdən istifadə etməli olacaqsınız.
Symbian^3 versiyalı smarfonlar üçün (*.sis) formatında əyləncəli oyun. Sizə verilən vaxt müddətində çubuqları müvafiq şəkildə ixtisar etməyə çalışmalısınız.
PC üçün yaşadığınız şəhərin azan vaxtlarına müvafiq olaraq gündə 5 dəfə kompyuterinizdə azan səsləndirən maraqlı proqram.
Xüsusiyyətlər: » Azandan sonra duanın səslənməsi; » Yaşadığınız yerə uyğun azan vaxtlarının müəyyənləşdirilməsi; » Hicri və Miladi təqvimlərin bir-biri ilə əvəzlənməsi; » Qiblə yönünün müəyyən edilməsi; » 3 dil dəstəyi (ərəbcə, fransızca, ingiliscə) və s.
Android plartformalı smartfonlar üçün standart proqramları, quraşdırılmış proqramları, oyunları, videoları, şəkilləri və müxtəlif bölmələri şifrə ilə müdafiə etmək üçün nəzərdə tutulmuş proqram.
Dəstəkləyən modellər: Android 2.1 və yuxarı versiya
Symbian^3 versiyalı smarfonlar üçün (*.sis) formatında atışma janrında maraqlı oyun. Müxtəlif silah növlərindən istifadə etməklə düşmən hücumlarını dəf etməyə çalışacaqsınız.